150 ildən sonra Rusiyada qış olmayacaq

7 Yanvar 2015 09:15 (UTC+04:00)

Keçən ilin yekunlarına görə Moskvada temperatur normadan 2 °C yüksək olub. Müvafiq olaraq, qışda da temperatur 2 °C yüksək olub. Və bir daha təsdiq olunur ki, qlobal istiləşmə hər yerdə cərəyan etməkdədir.

Beləliklə, əgər proses davam edərsə, onda 150 ildən sonra iqlim qışı yoxa çıxacaq, 500 ildən sonra isə Moskvada bütün il boyu iqlim yayı olacaq.

Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, təbiətdə dövrlər mövcuddur. Buna görə qlobal istiləşmədən sonra qlobal soyuqlaşma başlamalıdır.