Azərbaycandan Uruqvaya ilk rəsmi səfər olub-FOTO
29 İyul 2012 15:41 (UTC+04:00)
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat
xidmətindənAPA-ya daxil olan
məlumata görə, naziri Uruqvay prezidenti Xose Muxica Kordano qəbul
edib.
Uruqvay prezidenti Azərbaycandan ölkəsinə həyata keçirilən ilk
rəsmi səfərdən məmnunluğunu ifadə edib, bu səfərin iki ölkə
arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini
bildirib.
E. Məmmədyarov Azərbaycan prezidentinin Azərbaycana rəsmi səfərə
dəvət məktubunu Xose Muxica Kordanoya təqdim edib.
Nazir Uruqvay prezidentinə Azərbaycanın təşəbbüsü və iştirakı ilə
həyata keçirilən transmilli layihələr, Ermənistan-Azərbaycan
münaqişəsi və onun nəticələri barədə məlumat verib.
Görüşdə Azərbaycanla Uruqvay arasında əlaqələrin inkişafı üçün
geniş potensialın olduğu vurğulanıb, enerji, kənd təsərrüfatı,
əczaçılıq, informasiya texnologiyaları sahəsində qarşılıqlı ticarət
və sərmayə imkanları barədə danışılıb.
Nazir uruqvaylı həmkarı Luis Almaqro Lemas ilə də görüşüb.
Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq
Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti
pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad
edilməsinə dair Saziş" və "Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyası və Uruqvay Şərq Respublikasının
Artiqas Xarici Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında Saziş"
imzalanıb.
Görüşün ardınca Nazirlər paytaxt Montevideonun Santos Sarayında
təşkil olunmuş Uruqvay-Azərbaycan Biznes Forumunda iştirak
ediblər.
Xarici işlər naziri Uruqvayın vitse-prezidenti, Baş Assambleya və
Senatın sədri Danilo Astori , Nümayəndələr Palatasının sədri Jorge
Orrico ilə də görüşüb. Görüşdə Uruqvay parlamentində Azərbaycanla
yenicə yaradılmış dostluq qrupunun üzvləri də iştirak ediblər.
Görüşdə Uruqvay Şərq Respublikasının parlamentində
Uruqvay-Azərbaycan Dostluq Qrupunun yaradılması ilə bağlı akt
imzalanıb.