Bakıda 162 cinayət faktı qeydə alınıb

30 İyul 2012 12:41 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ötən həftə Bakı şəhərində 162 cinayət faktı qeydə alınıb.

Axtarışda olan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bakı şəhər avtomobil yollarında 19 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 6 nəfər ölüb, 28 nəfər isə yaralanıb.

Qeyd edək ki, Bakı şəhər polis orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli olduğuna görə 39 nəfər tutulub.

Türkan Nadirqızı

Movqe.Az