"Apple Watch" dan xəbər var

8 Yanvar 2015 10:49 (UTC+04:00)

Apple-ın keçən il iPhone 6 və iPhone 6 Plus ilə birlikdə tanıtdığı; lakin çıxış tarixi verməkdən qaçındığı ağıllı saatı Apple Watch-la əlaqədar xəbərlər yayılıb.


Movqe.az xəbər verir ki, Apple-a yaxın qaynaqlardan 9to5Mac-ın xəbərinə görə Apple-ın ağıllı saatı ən gec mart ayında satışa təqdim olacaq. Yəni Apple-ın yazda tanıtması gözlənilən cihazı mart ayında istifadəçilərə təqdim olunacaq.


Apple Watch zərbələrə qarşı dayanıqlı olan safir şüşə ilə örtüləcək.


Apple Watch-da , ürək atış sürəti sensoru və Taptic Engine adını daşıyan xüsusi sensor var. Taptic Engine sayəsində Apple Watch ekran üzərindəki yüngül bir toxunuş və sərt toxunuş arasındakı fərqi qəbul edə bilir.


 Apple Watch-un qiyməti 349 dollardan başlayır.