Lənkəranda 43 yaşlı qadın boğularaq öldü

30 İyul 2012 13:36 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Xəzər dənizində 43 yaşlı qadın batdı.

Ötən gün Lənkəran şəhərində dənizdə 43 yaşlı qadın batıb. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilsə də, qadını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, axtarışlar nəticəsində 1969-cu il təvəllüdlü Qədirova Ayğün Hüseynağa qızının cəsədi batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Türkan Nadirqızı

Movqe.Az