Paytaxtın iki rayonunda məktəblərdə dəvamiyyət aşağı düşdü-Özəl

9 Yanvar 2015 10:42 (UTC+04:00)
Qarın yağması orta ümüumtəhsil müəssisələrində dəvamiyyəti aşağı salıb. Bu barədə məlumatı Movqe.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib. C. Valehov bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın Yasamal və Qaradağ rayonlarında yerləşən orta məktəblərdə dəvamiyyət zəifləyib: "İndidən məktəblərin bağlanması barədə bir söz demək olmaz. Nazirlik rayonlar üzrə araşdırma aparır. Araşdırma bitdikdən sonra məktəblərin bağlanıb-bağlanmamağı məlum olacaq.Bubunla bağlı ictimaiyyəti geniş məlumatlandıracağıq.