İsmayıllıda yollar dondu

9 Yanvar 2015 10:59 (UTC+04:00)
Qarın yağması nəticəsində Muğanlı-İsmayıllı yollarında gecədən əmələ gələn buz qatı nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

Movqe.Az Kanal S-ə istinadən bildirir ki, 10 saylı Yol İstismar idarəsinin işçiləri yollarda qarın və buzun təmizlənməsinə cəlb olunublar. Yolun daha təhlükəli olan hissələrinə çınqıl tökülüb.