Fransaya növbəti ŞOK - SON DƏQİQƏ

9 Yanvar 2015 13:35 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Paris ətrafında, Fransanın şimal-şərqində naməlum şəxslər bir neçə nəfəri girov götürüblər. Hadisənin təfərrüatları açıqlanmır. Ətraflı məlumat veriləcək. Son hadisələrin Parisdə baş vermiş terror aktı ilə bağlılığının olduğu güman edilir.Qeyd edək ki,yanvarın 7-də Parisdə "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına da silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Silahlı basqına səbəb dərc edilən bir karikatura olub.