Azərbaycanda bir gündə 3 zəhərlənmə

9 Yanvar 2015 13:46 (UTC+04:00)

Zəhərlənən şəxslərdən ikisi dünyasını dəyişib.

Movqe.az xəbər verir ki, Azərbaycanda bir gündə 3 zəhərlənmə faktı qeydə alınıb.

Zəhərlənmə faktlarından biri Samux rayonunda baş verib. Yanvarın 8-də Samux rayonunun Əhmədbəyli kənd sakini Zabit İmanov dəm qazından zəhərlənərək ölüb.

Digər bir zəhərlənmə isə yanvarın 9-da Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Uğur Muxtarov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Bir nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Abşeron rayon sakini Mübariz Quliyev yanvarın 8-də ölüb.