Azərbaycanda avqust ayına olan hava proqnozu açıqlanıb
30 İyul 2012 20:35 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, aylıq
yağıntının respublika üzrə miqdarı iqlim normasına yaxın, dağlıq və
dağətəyi rayonlarda normadan bir qədər çox, bəzi yerlərdə isə
normadan az olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturun
26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25,
gündüzlər 30-35 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə
temperatur 37-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı
gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq
temperatemperatur 19-24, gündüzlər 31-36 dərəcə isti təşkil edəcək,
ayrı-ayrı günlərdə 38-41 dərəcəyədək yüksələcək. Aylıq yağıntının
miqdarı iqlim normasına yaxın (norma 6-10 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta
aylıq temperaturun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın
temperaturu 11-16, gündüzlər 21-26 dərəcə isti təşkil edəcək,
ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 32-55 mm), bəzi yerlərdə
isə bir qədər çox olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl
rayonlarında orta aylıq temperaturun 25-27 dərəcə isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti olacaq, ayrı-ayrı
günlərdə temperatur 36-38 dərəcəyədək yüksələcək. Aylıq yağıntının
miqdarı iqlim normasına yaxın (norma 19-24 mm), bəzi yerlərdə isə
bir qədər çox olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
orta aylıq temperat 23-26 dərəcə isti təşkil edəcək ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 16-21, gündüzlər
27-32 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 34-37
dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-116
mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala
rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti olacaq, ayrı-ayrı
günlərdə 38-41 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının
iqlim normasına yaxın (norma 6-22 mm), bəzi yerlərdə isə bir qədər
çox olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq
temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr 18-23, gündüzlər 28-33 dərəcə isti
təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 34-36 dərəcəyədək
yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 13-83 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı
gözlənilir.