Yeni qatarlar gətirilir (VİDEO)
9 Yanvar 2015 18:05 (UTC+04:00)
Bakıda keçiriləcək 2015 Avropa Oyunları ilə
əlaqədar nəqliyyat sahəsində bir sıra yeniliklərin olacağı
gözlənilir.
ANS TV-nin məlumatına görə, yeni avtobuslar artıq
xətlərə buraxılıb və sərnişinlərin istifadəsinə verilib. Təkcə
avtobuslar deyil həmçinin yeni Londan taksilərinin də gətirilməsi
plandadır və artıq 50 yeni London taksisi istifadəyə verilib.
2015-ci ildə gözlənilən digər bir yenilik isə kart sistemi ilə
bağlıdır. Martın 1-dən etibarən kart sistemindən hər bir sərnişin
istifadə edə biləcək. Başqa bir yenilik isə sürüsülərlə bağlıdır.
Baş verən qəzaların qarşısının alınması üçün sürücü bazası
yaradılıb. Məqsəd sürücü mədəniyyətini yüksəltmək və onlara
ingilis-dilini öyrətməkdir. Çünki Avropa Oyunları zamanı sürücülərə
gələn qonaqlarla ünsiyyət qurmaq lazım olacaq.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri Namiq Həsənov Ziya Bünyadov prospektibdə ancaq
dekorativ işlərin qaldığını deyir. Nəqliyyat Nazirliyinin
balansında olan bütün yollarda işlərin tam sürətilə davam
etdirilir.
Hələ bir neçə il bundan əvvəl sürücülərə tətbiq
olunan vahid geyim yenidən quvvəyə minəcək. Bu dəfə isə tək avtobus
sürücüləri deyil, taksi sürücülərinin də vahid geyim forması
olacaq.
Namiq Həsənov Avropa Oyunları ərəfəsində yeni
qatarların da təşkil olunacağını deyir. O paytaxta gələn qonaqların
rayonlara gedişi üçün qatarlardan da istifadə edəcəyini
bildirdi.