Filippində fırtına nəticəsində ölən və yaralananlar var

30 İyul 2012 15:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Filippində baş verən tropik fırtına bir adamın ölümünə səbəb olub. Vətəndaş Müdafiə Dairəsindən Benito Ramos, fırtınada mərkəzdəki "Antique" bölgəsində bir adamın daşan çayda boğularaq öldüyünü, Manilanın cənubundakı "Occidental Mindoro" vilayətində isə 4 balıqçının itkin düşdüyünü bildirib.