Amerikalı üzgüçü Dünya Və Olimpiada rekordu qırdı

30 İyul 2012 15:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, 2012 London Olimpiadasında qadınlar arasında 100 metrlik üzgüçülük yarışında Amerikalı Dana Vollmer 56 saniyədə dünya və olimpiada rekordu qırıb və qızıl medalın sahibi olub.

"Aquatics Center"də keçirilən finalda Amerikalı Dana Vollmer rekord qıraraq olimpiada çempionu olub.

Finalda ikinci sıranı 56,87 saniyəylə çinli Lu Ying, üçüncülüyü isə 56,94 saniyə ilə avstraliyalı Alisia Koutts tutub.