"Oğlanlarımla mübarizə aparıram, olmaz..."

10 Yanvar 2015 17:02 (UTC+04:00)

Müğənni İzzət Bağırov oğlanlarına qadağa qoyub.

Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi "Star life" verilişinə açıqlamasında onların müğənni olmasına icazə vermədiyini deyib:

"Övladlarımla gündəmə gəlmək istəmirəm. Mənim öz sənətimə nə olub ki, uşaqlarımla gündəmdə qalım? Bir-iki dəfə verilişlər çəkmək istəyib. Oğlan olduqları üçün icazə vermişəm. Amma daha qoymuram. Mən oğlanlarımla mübarizə aparıram ki, gələcəkdə müğənni olmasınlar. Olmaz...Bu sənətdə o qədər əziyyət çəkmişəm ki... Bütün gəncliyim gedib. İstəmirəm uşaqlarım da bunu yaşasınlar. İdmançı, həkim, hakim olsunlar, amma müğənni, əsla!".

Qeyd edək ki, İ.Bağırovun üç oğlu var.