Öldüyü güman edilən körpəni anası xilas edib

11 Aprel 2012 17:09 (UTC+04:00)

Argentinada öldüyünü zənn edərək meyitxanaya aparılan körpə anasının sayəsində xilas olub. Rəsmilər, 3 apreldə ölkənin şimalındakı Perrando də Resistencia xəstəxanasında 6 aylıq körpə qızın ölü dünyaya gəlməsini zənn edərək meyitxanaya aparıldığını açıqlayıblar. Ana Analia Bouterin,körpəsini son dəfə görmək üçün meyitxanaya girməsinə icazə verilib. Bouter 12 saat meyitxanada qalaraq körpənin mızıltısını eşidib və həkimlərə xəbər verib.

Xəstəxana işçiləri körpənin sağlamlıq vəziyyətinin sürətlə yaxşıya getdiyini bildirib.


Yusifova Ziba