ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

10 Yanvar 2015 16:00 (UTC+04:00)

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

Bu barədə Movqe.az-ın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun ABŞ vətəndaşlarına müraciətində bildirilir ki, Fransada baş vermiş son hadisələrdən sonra ABŞ vətəndaşları səyahət etdikləri ölkələrdən asılı olmayaraq müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər.


Qeyd olunur ki, Avropada terror hücumlarının baş verməsinin səbəbi terrorçuların İraq və Suriyadan öz ölkələrinə qayıtması ilə bağlıdır.