Bakıda sürücüyə bıçaq çəkib maşınını apardılar

10 Yanvar 2015 16:30 (UTC+04:00)
Naməlum şəxslər Bakı sakinini hədələyərək maşını əlindən alıblar.

Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 10-da paytaxtın Binəqədi qəsəbəsinin ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natiq İsayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində oturub Ələt qəsəbəsinə gedəcəklərini bildiriblər.

Ələt qəsəbəsinin ərazisində onlar N.İsayevi bıçaqla hədələyərək avtomobili ondan alaraq gediblər.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.