Bakıda məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında yanğın olub

11 Yanvar 2015 14:09 (UTC+04:00)
Bakıda yanğın hadisəsi qeydə alınıb.Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində məskunlaşmış, Cəbrayıl rayon məcburi köçkününə məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilində baş verib. Nəticədə mənzilin mətbəxində mətbəx mebeli 4 kv.m sahədə, "BEKO" markalı paltaryuyan maşın və kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.