Üç uşaq anası özünü zəhərlədi

11 Yanvar 2015 16:17 (UTC+04:00)
Şəkidə üç uşaq anası sirkə turşusundan zəhərlənib. Movqe.az xəbər verir ki , Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, Şəki şəhəri, Abid Əfəndiyev ev 10 ünvanında yaşayan, 1987-ci il təvəllüdlüRəvanə İbrahim qızı Hümbətovazəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 28 yaşlı Rəvanə Hümbətova bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Hümbətovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumatda Rəvanə Hümbətovanın ailəli və üç uşaq anası olduğu bildirilir.