20 yaşlı hücumçu faciəvi şəkildə dünyasını dəyişdi

11 Yanvar 2015 20:00 (UTC+04:00)

"Wolfsburg"un gənc hücumçusu Junior Malanda avtoqəza nəticəsində dünyasını dəyişib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, belçikalı forvard komanda yoldaşları ilə görüşüb CAR-da keçiriləcək təlim-məşq toplantısına yollanmaq istəyib. Avtomobili isə o özü idarə etməyib. 20 yaşlı Malandanın "Volkswagen Touareg" markalı maşını əlverişsiz hava şəraitinə və yüksək sürətə görə ağaca çırpılıb. Futbolçu hadisə yerindəcə həlak olub. Digər sərnişinlər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Malanda 2013-cü ildə "Zulte Waregem"dən "Wolfsburg" klubuna transfer olunmuşdu. O, Belçikanın U-21 yığmasında da forma geyinirdi.