Qəzaya uğrayan təyyarənin "qara qutu"su tapılmayıb

11 Yanvar 2015 23:02 (UTC+04:00)

İndoneziya hərbi dəniz qüvvələri iki həftə öncə qəzaya uğramış AirAsia təyyarəsinin quyruğunu dənizdən çıxarıblar.

Movqe.az publika.az-a istinadən xəbər  verir ki, dalğıclar təyyarənin "qara qutularını" hələlik tapa bilməyiblər. Rəsmilərdə olan məlumata görə, bu qutular təyyarənin quyruğundan ayrılıb.

QZ8501 reysli təyyarə dekabrın 28-də pis hava şəraitinə görə radardan itib. İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan təyyarədə 162 adam var idi.

İndiyədək 48 cəsəd tapılıb, lakin axtarış komandaları sərnişinlərin əksəriyyətinin təyyarənin füzelyajında olduğunu düşünür, təyyarənin bu hissəsi isə hələ ki, tapılmayıb.