Parisdə Lavrov və Davudoğluna etiraz

12 Yanvar 2015 11:48 (UTC+04:00)

Fransanın nüfuzlu nəşri olan "Le Monde" Türkiyə baş nazirinin Paris yürüşündə iştirakını tənqid edib.

Movqe.az xəbər verir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlunun nümayişə qatılması pislənilib. Qəzet söz və ifadə azadlığının boğulduğu ölkələrin rəhbərliyinin bu nümayişə qatılmasına tənqidi yanaşıb.

"Le Monde" Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Qabon Prezidenti Ali Bonqo, İsrailin İqtisadiyyat naziri Naftali Benneti də misal çəkərək, rəsmi Parisin bu məsələni susqunluqla qarşıladığını qeyd edib. Qəzet yazıb ki, bu ölkələrdə söz və mətbuat azadlığı buxovlanıb. Türkiyə iqtidarını da dünyada mətbuatın düşməni kimi təqdim edən nəşr Ərdoğanın tənqidçi mediaya və Gülənə yaxın mətbuata son repressiyalarını yada salıb.

Xatırladaq ki, Parisdə islam peyğəbərinin karikaturasını çəkdiyi üçün öldürülən 12 jurnalistə görə dünya birliyi etiraza qalxıb.