Gəncədə 5 nəfər dəm qazından zəhərlənib

13 Yanvar 2015 10:39 (UTC+04:00)

Gəncə şəhərində 5 nəfər dəm qazından zəhərlənib.

Movqe.az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhəri Alüminium zavodu bağ sahəsində yaşayan, 1980-ci il təvəllüdlü Məmmədzadə Gilas Qorki qızı, Nəriman Nərimanov prospektində yaşayan 1976-cı il təvəllüdlü Nəbiyeva Sayalı Sədrəddin qızı və 1996-cı il təvəllüdlü Nəbiyev Nicat Nəbi oğlu, Mehdi Hüseynzadə küçəsində yaşayan 1964-cü il təvəllüdlü Məmmədova Zərqələm Hilal qızı və 1969-cu il təvəllüdlü Məmmədzadə Zəhra Hilal qızı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım edildikdən sonra zəhərlənənlərin vəziyyəti normallaşıb.

Araşdırma zamanı məlum olub ki, onlar yaşadıqları evlərin vanna otağında dəm qazından zəhərləniblər.