Rus əsgər erməni ailəsini güllədən keçirdiyini etiraf etdi

13 Yanvar 2015 14:33 (UTC+04:00)

Rusiyalı əsgər Valeri Permyakov 6 nəfərlik erməni ailəsini güllələdiyini etiraf edib.

Movqe.az ANS PRESS-ə istinadən məlumat verir ki, Permyakov gəzmək üçün hərbi bazanı tərk ediyini deyib. O, təsadüfən Avetisyanovların evinin yaxınlığına çatıb. O, dindirmə zamanı ifadəsində bildirib ki, içmək istəyib. Bunun üçün Avetisyanovlara yaxınlaşıb. Bundan sonra da qətli törətdiyini deyib.

Lakin əsgərin ailəni konkret olaraq hansı səbəbdən güllələdiyi bildirilmir. Məlumatda həmçinin bildirilir ki, rus hərbçinin erməni ailəsi ilə heç bir əlaqəsi olmayıb.

Hazırda Ermənistanla Rusiya arasında istintaqın hansı tərəfin aparması ilə bağlı danışıqlar gedir. Permyakovun özü isə, əvvəlcədən xəbər verdiyimiz kimi, Rusiyanın hərbi bazasında saxlanılır və Ermənistan hüquq mühafizə orqanlarına verilməyib.