Ermənilər ayağa qalxdı: “Putin, üzr istə və hərbi bazaları çıxar!”

13 Yanvar 2015 16:25 (UTC+04:00)

Bir ailənin 6 üzvünün Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsi ilə nəticələnən insidentə etiraz olaraq şəhərin əsas meydanında kütləvi aksiya keçiriblər.

Xəbər verdiyimiz kimi, Ermənistanın Gümrü şəhərinin sakinləri dünən bir ailənin 6 üzvünün Rusiyanın buradakı 102-ci hərbi bazasının hərbi qulluqçusu tərəfindən güllələnərək öldürülməsi ilə nəticələnən insidentə etiraz olaraq şəhərin əsas meydanında kütləvi aksiya keçiriblər.

Movqe.az xəbər verir ki Virtualaz.org saytı erməni KİV-lərinə istinadən məlumat verir ki, bu saatlarda isə daha bir etiraz aksiyası ondan da izdihamlı çəkildə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında keçirilir.

Aksiya iştirakçıları baş vermiş hadisəyə görə Rusiya prezidenti Vladimir Putindən izahat verməsini, erməni xalqından üzr istəməsini və Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxarmasını tələb edirlər.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən və Ermənistan-Türkiyə sərhədində, Bayandur kəndi yaxınlığında Rusiya sərhədçiləri tərəfindən tutulan hərbçi Valeri Permyakov Rusiyanın 102 saylı hərbi bazasının rəhbərliyinə təhvil verilib.

O, həqiqətən də qətllər törətdiyini etiraf edib.