8-ci dəfə evlənən müğənni həbs edilə bilər

13 Yanvar 2015 17:00 (UTC+04:00)
Türkiyənin tanınmış müğənnisi Seda Sayan yenidən ailə qurub.

Səkkizinci dəfə ailə həyatı quran xanım müğənni həbs edilə bilər. Buna səbəb isə onun rəsmi nigahla deyil, dini nigahla (İmam nigahı- kəbin) ailə qurmasıdır. 

Türkiyə qanunlarında dini nigahdan öncə rəsmi nigah olmalıdır. Rəsmi nigah olmadan dini nigahla ailə qurmaq cinayət sayılır. Əgər müğənni haqqında deyilənlər təsdiqini tapsa, onu və həyat yoldaşını, həmçinin də kəbin kəsən imamı 2 aydan 6 aya qədər həbs cəzası gözləyir.