Paris terrorçulrı 27 min avroluq silah-sürsata malik olub

13 Yanvar 2015 17:45 (UTC+04:00)

Fransada terror hücumlarını törətmiş Kuaşi qardaşları və Amedi Kulibalinin üstündə 27 min avro dəyərində silah-sursat aşkarlanıb.

Movqe.az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, "Charlie Hebdo" qəzetinin redaksiyasına hücum edən Kuaşi qardaşlarının üstündə 15 min avro dəyərində silah-sursatlar olub. Onların 10 ədəd Molotov kokteyli, 3 ədəd patron darağı, 1 ədəd polis sirenası, 2 ədəd AKS-74 avtomat silahı, 1 ədəd RPQ minaatanı, 2 ədəd maska, 10 ədəd qaz bombası, 2 ədəd "Glock" tapançası, 1 ədəd əl qumbarası ilə silahlandığı bildirilir.

Qardaşların təqib olunduğu vaxt bir marketə basqın edib onların sərbəst buraxılmasını tələb edən Amedi Kulibalinin inventarı isə 12 min avro dəyərində qiymətləndirilir.

Onun üstündə 1 ədəd "Smith Wesson Tanto" bıçağı, 1 ədəd zirehli geyim, 1 ədəd toplu tapança, 1 ədəd AKS-74 avtomat silahı, 4 avtomat darağı, maska, 10 ədəd müxtəlif ehtiyat silah daraqları, 1 ədəd "VZ61" avtomat silahı, 2 ədəd gözyaşardıcı qaz bombası, 1 ədəd elektrik şok cihazı, partlayıcı maddələr, 2 ədəd binokl və 2500 avro nağd pul aşkarlanıb.

Terrorçuların bu silahları və pulu hardan, necə əldə etdikləri məlum deyil.