V Televiziya Muğam Müsabiqəsi başlanır

13 Yanvar 2015 18:02 (UTC+04:00)

Yanvarın 16-dan V Televiziya Muğam Müsabiqəsinin seçim turları başlanır.

Movqe.az xəbər verir ki, bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, əsası 2009-cu ildə qoyulan Televiziya Muğam Müsabiqəsinin təşkilatçısı Heydər Əliyev Fondudur.

V Televiziya Muğam Müsabiqəsinin münsiflər heyətinin tərkibi bu dəfə də dəyişilməz qalır. Münsiflər heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov və Nadir Axundov daxildir.

Qeyd edək ki, yanvarın 16, 17 və 18-də, ümumilikdə 3 gün davam edəcək seçim turlarından sonra finala çıxan 20 gənc xanəndə müsabiqəyə buraxılacaq.