Rusiya qatil əsgərini ermənilərə verməkdən imtina etdi

13 Yanvar 2015 18:25 (UTC+04:00)

Ermənistan və Rusiya Baş prokurorluqlarının nümayəndələri Gümrüdəki qətl hadisəsi ətrafında ciddi araşdırma və gərgin fikir mübadiləsi aparıblar.

Nəticədə Rusiya tərəfi erməni ailəsini güllədən keçirən əsgərini Ermənistan tərəfinə verməkdən imtina edib.

Movqe.az bildirir ki, bu barədə "Novosti Armenii" agentliyinə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Əsas kimi də qatil Valeri Permyakovun Rusiya vətəndaşı olması göstərilib. Rusiya qanunvericiliyi isə ölkə vətəndaşının, hansı cinayəti törətməsindən asılı olmayaraq, başqa ölkəyə verilməsini qadağan edir.

Bununla belə, xüsusi vurğulanıb ki, qatil, eləcə də bu işdə günahı olan digər şəxslər qanunun tələb etdiyi ən ciddi şəkildə cəzalandırılacaq və bu barədə Ermənistan tərəfinə ətraflı məlumat veriləcək.