Di Kaprio ilə Rihanna eşq yaşayır

13 Yanvar 2015 18:38 (UTC+04:00)

Hollivud ulduzu Leonardo Di Kaprio ilə barbadoslu müğənni Rihannanın eşq yaşadığı iddia edilir.

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün ortaq dostları dizayner Nikki Ervinin ad günü partisində onların hətta öpüşdüyünü söyləyiblər. Deyilənlərə görə, gecə boyunca birlikdə əylənən Leonardo və Rihanna heç kimə fikir vermədən səmimi rəqs ediblər.

Qeyd edək ki, Nikkinin 30 yaşını qeyd etdiyi ad günü məclisində Paris Hilton, 50 Cent, Naomi Kempbell, Tom Hardi, Pamela Anderson, Tobey Maguero kimi tanınmış simalar yer alıb.