Azərbaycan əhalisinin kontura xərclədiyi məbləğ açıqlandı

13 Yanvar 2015 20:42 (UTC+04:00)

2014-cü ilin 11 ayı ərzində informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 14,2% çox xidmət göstərilib.


Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.


Məlumatda qeyd olunur ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 57,2%-i mobil telefon rabitəsinin payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7,3% artaraq 836,3 milyon manat təşkil edib.