İbrahimoviçin həyatına sui-qəsd

13 Yanvar 2015 22:45 (UTC+04:00)

Polis sui-qəsd cəhdi versiyasını araşdırır.

Movqe.az xəbər verir ki, İsveç polisi ölkə milli komandasının və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin villası yaxınlığında partlayıcı maddə olan qumbara tapıb.

Bundan sonra polis ərazini nəzərətə götürüb və digər təhlükəli əşyaların olub-olmadığını müəyyənləşdirmək üçün axtarışa başlayıb. Lakin hansısa partlayıcı maddəyə rast gəlinməyib.

İsveç qəzetləri yazıb ki, qumbarının İbrahimoviçin evinin yanına nə məqsədlə qoyulduğu bilinmir. Lakin polis mümkün sui-qəsd cəhdi versiyasını da araşdırır.