Paytaxtda avtobus yandı

14 Yanvar 2015 10:50 (UTC+04:00)
Bakıda yanğın hadisəsi qeydə alınıb.  Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Suraxanı rayonunda "Daewoo" markalı sərnişin avtobusunda baş verib. Nəticədə avtobusun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.