Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlib

14 Yanvar 2015 12:03 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qerbert Zalberin Azərbaycana səfəri başlayıb.

Movqe.az xəbər verir ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a bildirilib ki, yanvarın 14-15-də Bakıya səfər çərçivəsində xüsusi nümayəndə ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Həmin görüşlərdə Azərbaycan və Aİ münasibətlərinin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunacaq.