“Charlie Hebdo” həftəliyi türk dilində də nəşr olunacaq

14 Yanvar 2015 13:35 (UTC+04:00)

"Charlie Hebdo" həftəliyinin bu nəşrə edilən terror hücumundan sonra ilk dəfə işıq üzü görəcək ilk nömrəsi Türkiyədə türk dilində dərc olunacaq. Bu nömrə yanvarın 14-də çap olunacaq. Bu barədə çərşənbə günü movqe.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, radikal islamçı dairələrlə əlbir olduqları ehtimal edilən terrorçular yanvarın 7-də Parisdəkli həftəlik "Charlie Hebdo" satirik jurnalına hücum edərək 12 nəfəri güllələyiblər. Yanvarın 9-da isə yəhudilərə məxsus mağazada 20 nəfəri girov götürərək onlardan 4-nü öldürüblər. Terror aktları ilə bağlı Fransada 16 nəfər saxlanılıb.