Nə üçün heyvanlar qışda yatır?

15 Yanvar 2015 10:20 (UTC+04:00)

Canlı hüceyrələr mənfi temperatura tab gətirə bilmir: onların tərkibində olan su donur. Soyuqqanlı heyvanlar qış yuxusuna gedərək ya donmayan sığınacaq (torpaq, su hövzələrinin dibi) seçir, ya da öz toxumalarını buz kristallarının zədələməsindən mühaifizə edən hüceyrələrlə doldururlar. İstiqanlı- qışda adi qidalarını tapa bilməyən heyvanlar da qış yuxusuna gedir.

Qeyd edək ki, qış yuxusuna daha çox kiçik heyvanlar gedirlər, çünki onların bədənlərinin qızıdırılması üçün enerji məsrəfi çox böyükdür. Amma porsuq, yenotabənzər it, ayı da yuxulayır. Özü də böyük heyvanlar qışda məhz yuxuya gedirlər, kiçik heyvanlar isə xüsusi vəziyyətə düşürlər: onların bədənlərinin temperaturu bir neçə dərəcəyə qədər aşağı düşür, tənəffüsləri və ürək döyüntüləri ləngiyir. Bu cür yuxuyagetmə istilik üçün kifayət qədər az enerji sərf etməyə imkan verir.