Neftin qiyməti kəskin artdı

15 Yanvar 2015 10:43 (UTC+04:00)

Neftin bir barelinin qiyməti 5,34% yaxud 2,59 dollar bahalaşaraq 48,48 ABŞ dolları təşkil edib.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 5,34% yaxud 2,59 dollar bahalaşaraq 48,48 ABŞ dolları təşkil edib.

Movqe.az Report-a istinadən xəbər verir ki, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 4,31% və ya 2,10 dollar bahalaşaraq 48,69 dollara qalxıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.