Meksika-Qvatemala sərhədində zəlzələ

30 İyul 2012 17:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Meksika-Qvatemala sərhədində orta şiddətli zəlzələ olub. ABŞ Geoloji Araşdırmalar Mərkəzi iki ölkə sərhədində, 35 yarım metr dərinlikdə meydana gələn zəlzələnin anlıq böyüklüyünün 6 bal olduğunu açıqlayıb. Meksika Seysmaloji Xidməti isə zəlzələnin böyüklüyünün 5,7 bal gücündə olduğunu bildirib. Zəlzələdə can və mal itkisi olmadığı ifadə olunub.