Bərzani xəbərdarlıq edib

30 İyul 2012 16:52 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İraqdakı Regional Rəhbərliyin lideri Məsud Bərzaninidən Maliki hökumətinə xəbərdarlıq gəlib. Bərzani, mərkəzi hökumətdən istədiklərini ala bilməyəcəkləri təqdirdə müstəqillik axtarışına girəcəklərini söyləyib. Məsud Bərzani, regional rəhbərliyin, İraqın geri qalanıyla birlikdə pərişan olmasına icazə verməyəcəyini söyləyib. "Xalqımıza qarşı tanklarla ağır silahların  isifadə edilməsinin şahidi olduq" deyən Bərzani, problemləri həll etmək üçün hələ bu üsula inanan kəslərin var olduğunu vurğulayıb. Bərzani, Bağdad və ya federal hökumətin bu üsula müraciəti vəziyyətində keçmişdə olduğu kimi, indi də buna maneə törətmənin yollarını axtaracağını ifadə edib.