Ağdaş sakini silah üçün sursat satarkən tutuldu

15 Yanvar 2015 16:02 (UTC+04:00)

Ağdaş şəhər sakini tapança üçün patronlar satarkən tutulub.

Movqe.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fəqan Nəsirov "Makarov" markalı tapançaya aid 35 ədəd patronu satarkən tutulub.

Faktla əlaqədar araşdırma aparılır.