Masallı samboçularının uğuru

15 Yanvar 2015 12:01 (UTC+04:00)

Bakıda keçiriləcək 2015-ci il Avropa oyunlarında iştrak etmək üçün sambo idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışlar yanvarın 9-10-11-də Bakı şəhərində olub. Yarışda Masallı rayonunu təmsil edən idmançı Hikmət Alışov 100 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür.