Bakıda qadın avtobusun altında qaldı

30 İyul 2012 19:01 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə ötən gün saat 18:40 radələrində Q.Qarayev prospektində qeydə alınıb. Xəyal Əliyev idarə etdiyi "İveko" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Yeganə İmanovanı vurub.

Ağır xəsarətlər alan Y.İmanova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az