Sabah qar yağacaq

16 Yanvar 2015 14:45 (UTC+04:00)

Ölkədə hava şəraiti yenidən kəskin pisləşəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Movqe.az-ın Lent.az-a istinadənməlumatına görə, havanın arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

Rayonlarda havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağıntının intensiv olma ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə isti olacaq.

Sabahdan yanvarın 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.