Hər kəsdə olan vərdiş

17 Yanvar 2015 14:00 (UTC+04:00)

Dodaq və yanağın daxili hissəsini yeməvərdişi kiçik yaşlarda başlayır. Bir insanda bu vərdiş varsa həyatının əsas hissəsində və ya müəyyən bir yaşa gələnə qədər davam edir. Bu vərdişin irəliləyən yaşlarda insanın bir hissəsi olduğu da ortaya çıxır. Vərdişə səbəb olanlar arasında psixoloji, şəxsi, sağlamlıq problemləri böyük rol oynayr.

Movqe.az xəbər verir ki, özünə inamsızlıq ya da qorxu hissinin yüksəlməsi insanı bu tərz vəziyyətə sala bilər. İmtahan stresi yaşayan uşaq, ana və atasından həmişə töhmət alan uşaq, maddi problemi olan bir insan bu vərdişlə diqqətini yayındırmaq istəyir. Digər nümunə; doğru qidalanmadığı üçün dodaqları çatlayan insanlar da dodaqlarındakı çatları dişləyərək bunu vərdiş halına gətirilər.

Vərdişin əmələ gəlməsinə səbəb kimi çox şey saya bilərik, ancaq bu vərdiş varsa onda diqqətli olmaq lazımdır. Bu vərdişi əmələ gətirə biləcək pis vəziyyətlər və xəstəliklər bunlardır; dodaq xərçəngi, dad ala bilməmə problemi, dodaq hissində azalma, ağız qoxusu, xarici görünüşdəki dəyişikliklərlə gələn psixoloji problemlər. Bu saydığımız nəticələr olduqca ciddi və insan həyatına təsir edən səbəblərdəndir. İndi bu vərdişdən xilas olmaq yollarına baxaq. Dodaq yemə vərdişni necə tərgidə bilərik? Deyə soruşduğunuzu "eşidirəm".

Bu mövzu fədakarlıq da tələb edir. Əvvəlcə məqsədli olun və "mən bir daha əsla dodağımı yeməyəcəyəm" sözünü deyin. Vərdişlərdən çox asanlıqla əl çəkmək olmur, ancaq fədakarlığınız sayəsində azad ola bilərsiniz.

Həyatda çətinliklərdən qaçmaq asan deyil, ancaq siz yenə də problemdən uzaq dayanmağa çalışın. Sizə təsir edən şeylər haqda fikirləşməməyə cəhd göstərin. Onlar həmişə var olub, olacaq da. Siz problemlərdən çıxış yolunu dəyişdirin. Problemləriniz haqda daim fikirləşərək özünüzü yora bilərsiniz. Məsələn "dodaqlarımı yesəm də kömək etməyəcək, amma yeməsəm ən azından bir problemim qətiliklə həll olacaq".

Bu vərdişdi siz iradəniz sayəsində tərgidə bilərsiniz. Amma hüç xatırlamadığınız anda təkrar etmiş olsanız, əsla əhvalınızı pozmayın və vərdişindən can qurtarmağa cəhd göstərin. Siz bunu bacaracaqsız dodaq yemə vərdişindən əl çəkəcəksiz. Sadəcə ən əhəmiyyətli şeyi yaddan çıxarmayan səbr edin, bu alınacaq.

Ağzınızı məşğul edən bir şeylər edə bilərsiniz, zərərli olmayan çərəzlər və ya şəkərsiz saqqız çeynəyərək başınızı qata bilərsiz.

Sizi nə qədər çətn vəziyyətə salsa da hər dəfə başa qayıtdığınızı hiss etsəniz də dözümlülüyünüzü əsla itirməyin və xarici görünüşünüzü yada salın. İnsanların sizə ürəyi ağrıyaraq, iyrənərək baxdığını düşünün.

Bunları tətbiq edin və dəfələrlə sınayın axırda dodaq yemə vərdişini tərk edəcəksiniz.