Mourinyo: "Hər qərar bizə qarşı yönəlib"

17 Yanvar 2015 22:04 (UTC+04:00)

Joze Mourinyo yanvarın 8-də İngiltərə Futbol Federasiyası tərəfindən ittiham edilməsinə toxunub. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqal mütəxəsis qəbul olunan qərarların həmişə onalara qarşı olduğunu söyləyib.


"İndi özümə nəzarət edə bilirəm. Daha ciddi problemlərim ola bilərdi, amma münasib qərar qəbl etdilər. Artıq sözlərimi nəzarətdə saxlamaq iqtidarındayam. Federasiyanın ittihmından şikayət etməyəcəm. İşimə davam edib bunu yaddan çıxarmağa çalışacam. Düşünürəm ki, ayın ən yaxşı məşqçisi olmaq üçün şansım yoxdu. "Chelsea" hakimlərə qarşı deyil. Bilirik ki, onların işi asan deyil. mən öz səhvlərimi həvəslə etiraf edirəm. "Watford"a qarşı matçdan sonra görüşün referisi Kevin Frendlə danışanda səhvin məndə olduğunu bildiridim. O, da üzr istədi. Hər qərar bizə qarşı yönəlib. Bu da nəticələrdə özünü göstərir. Amma düzgün insanları da sual altında qoymaq istəmirik. Məsələn, "Stoke City" və "Manchester United"lə oyunlarda penalti epizodları vardı. Smollinq cərimə meydançası daxilində əllə oynamışdı. Bunu şişirdən oldumu? Sizcə, analoji epizodda "Chelsea"nin qapısına penalti təyin olunmasaydı nə baş verərdi? Reaksiya ikiqat, üçqat kəskin olardı. Hakimlərdə daha çox sərbəstlik hissi yaratmaq lazımdır ki, təzyiqdən çəkinməyib daha yaxşı idarəçilik etsinlər".

Mourinyo "Arsenal"la ilk dövrədə baş tutan qarşılaşmada Arsen Vengerlə yaşadığı epizodu da yada salıb.

"Chelsea" hadisələrin mərkəzində olanda başqa reaksiya verilir. Düşünürsüz ki, mən başqa məşqçini itələsəydim, meydançaya girişi qadağan edərdik? Bəli. Mənə və "Chelsea"yə qarşı fərqli standartlardan yanaşırlar".