Mario Balotellinin 4 ay vaxtı var

17 Yanvar 2015 22:07 (UTC+04:00)

Mario Balotelli "Liverpool"a transfer olunandan bəri ümidləri doğrulda bilmir. Hücumçu Movqe.az Goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi Marioya 4 ay vaxt qoyub. Bu müddətdə 25 yaşlı forvad özünü göstərə bilməsə, İtaliyaya göndəriləcək.

"Mario yaxşı oğlandır. Çalışsa da, hələ ki Premyer Liqada qol vurmayıb. Balotellinin "ayağını açmaq" üçün ona vaxt verəcəyik" - brendan Rocers bildirib.

Qeyd edək ki, 16 milyon avroya "Milan"dan "Liverpool"a transfer olunan hücumçu noyabrın 8-dən etibarən start heyətində meydana çıxmayıb. Maraqlıdır ki, Balotellinin meydana çıxmadığı əksər oyunlarda "Liverpool" daha yaxşı nəticələr qazanıb.