Obama Avropanı xəbərdar etdi
18 Yanvar 2015 10:40 (UTC+04:00)
"Müsəlmanların cəmiyyətə inteqrasiya olunmaması Aİ
üçün ən böyük təhlükədir!"
ANS PRESS-in məlumatına görə, bu fikirləri Amerika
Birləşmiş Ştatları prezidenti Barak Obama
səsləndirib.
ABŞ prezidenti Böyük Britaniyanın baş naziri Devid
Kemeron ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında çıxışı
zamanı Avropada müsəlmanların cəmiyyətə inteqrasiya olunması
prosesinin səviyyəsindən narazı olduğunu bildirib.
"ABŞ-ın ən böyük üstünlüyü ondan ibarətdir ki,
bizim müsəlman əhalimiz özünü amerikalı hiss edir. Avropanın bəzi
hissələrində belə hal yoxdur. Və bu, bəlkə də, Avropa üçün ən böyük
təhlükədir", - deyə ABŞ prezidenti qeyd edib.
Fransa, Belçika və Almaniyada ehtimal olunan
silahlıların həbsini şərh edən Barak Obama qeyd edib ki, Avropa
ölkələri bu problemi yalnız güc vasitəsi ilə həll
etməməlidir.
Qeyd edək ki, yanvarın 16-da Ağ Evdə ABŞ
prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid
Kemeron arasında görüş keçirilib. Görüşdə beynəlxalq siyasətə dair
bir sıra aktual məsələlər müzakirə olunub.