Yaponların yeni oyuncağı - FOTOLAR

31 İyul 2012 11:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən bir festivalda cizgi filmləri xatırladan nəhəng robot nümayiş edilib. Möcüzələr festivalının ən çox maraq doğuran hissəsi "Kuratas" adlı robotun nümayişi olub. Dörd metr hündürlüyə, dörd ton ağırlığa və dörd ayağa sahib olan bu robot həm içərisində oturaraq insan tərəfindən, həm də 3G şəbəkəsi sayəsində uzaqdan idarə edilə bilir. Yapon cizgi filmlərindəki xarakterləri xatırladan bu robotun iki ədəd də qolu var. Yaradıcıları bir milyon dollara satılması gözlənilən "Kuratas" ın iş maşını deyil, oyuncaq olduğunun vurğulayırlar.