İsmayıllıda bankomat yanıb

18 Yanvar 2015 15:06 (UTC+04:00)
İsmayıllıda yanğın hadisəsi qeydə alınıb. Movqe.az-ın   Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.