İŞİD-lə mübarizə koalisiyasının üzvləri yanvarın 22-də görüşəcək

18 Yanvar 2015 16:21 (UTC+04:00)

Böyük Britaniya XİN rəhbəri Filip Hemmond və ABŞ dövlət katibi Con Kerri yanvarın 22-də Londonda İŞİD ilə mübarizə koalisiyasının üzvlərinin toplantısını keçirəcəklər.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Filip Hemmond "Daily Telegraph" nəşrinə müsahibəsində bildirib ki, görüşdə İŞİD-ə qarşı birgə mübarizənin bu vxtadək əldə olunmuş nəticələrinə qiymət veriləcək: "Ərəb ölkələri də daxil olmaqla koalisiyanın tərəfdaşları Londonda keçiriləcək görüşdə İŞİD-in tam məhv edilməsi üçün mümkün addımları müzakirə edəcəklər".      

 

"Frans Press"-in məlumatına görə, danışıqlarda 20-dək ölkənin XİN rəhbəri iştirak edəcək. Məlumata görə, müzakirə 5 sahəni əhatə edəcək: əcnəbi silahlılar, İŞİD-ə qarşı hərbi əməliyyat, qruplaşmanın maliyyə mənbələri, strateji kommunikasiyalar və humanitar yardım